Britaniyada rusiyalı keçmiş polkovnik Sergey Skripalın zəhərləndirilməsinin arxasında Rusiya dayanır.
Axar.az xəbər verir ki, bu sözləri Fransa Prezidenti Emmanuel Makron Almaniya kansleri Angela Merkellə görüşündən sonra jurnalistlərə açıqlamasında deyib.“Bütün faktlar bu işin arxasında Kremlin dayandığını göstərir”, - Makron bildirib.
Dövlət başçısı yenidən Böyük Britaniya ilə həmrəy olduğunu deyib:
“Rusiya müdaxiləsini qətiyyətlə pisləyirik”.
Qeyd edək ki, Skripal olayına görə Fransa Prezidenti Emmanuel Makron Paris kitab salonunda Rusiya stendini ziyarətdən imtina edib.