Türkiyədən rusları əsəbləşdirən bəyanat: Tanımırıq!

Türkiyədən rusları əsəbləşdirən bəyanat: Tanımırıq! backend

Türkiyə Xarici İşlər Nazirliyi Krımın Rusiyaya birləşdirilməsinin 4-cü ildönümü ilə bağlı bəyanat yayıb.

Axar.az xəbər verir ki, bəyanatda hazırda Krımda mövcud olan idarəçiliyin tanınmadığı bildirilib.

“Beynəlxalq hüququn pozulması ilə nəticələnən bu qərarı bir daha tanımadığımızı bəyan edirik. Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə olan dəstəyimizi ifadə edirik”, - bəyanatda bildirilib.

Qeyd edək ki, 2014-cü ilin martın 16-da Krımda keçirilən referendumda 96 faizdən çox səslə yarımadanın Rusiyaya birləşdirilməsinə qərar verilmiş və bununla da Krımın Rusiyaya anneksiyası rəsmiləşdirilmişdi.
Diaspora