Global Militarization Index 2016: Yoxsul Ermənistan Avropanın ən çox hərbiləşdirilmiş ölkəsidir

Global Militarization Index 2016: Yoxsul Ermənistan Avropanın ən çox hərbiləşdirilmiş ölkəsidir backend

Ermənistan Avropada birinci, dünyada isə üçüncü ən çox hərbiləşdirilmiş dövlətdir.

Ordu.az xəbər verir ki, bu barədə “Global Militarization Index 2016”nın analizinin nəticələrində göstərilib.

Hərbiləşdirmənin səviyyəsi, həmçinin təhsil və səhiyyəyə ayrılan vəsaitlərə nəzərən müəyyənləşdirilir. Layihəyə əsasən, növbəti il üçün təhsil və səhiyyəyə ayrılan vəsaitin miqdarı bir qədər də azalacaq. Müvafiq olaraq, Ermənistanın gələcəkdə “Global Militarization Index”in siyahılarında daha yüksək və “şərəfli” yerləri tutmaq üçün hər cür imkanı var.

“Həqqətdə bu analiz prespektivli Ermənistanla bağlı həyəcan təbili çalır! İlk növbədə, hərbiləşdirilmiş ölkələr bir qayda olaraq güclü vətəndaş cəmiyyətinə, azad iqtisadiyyata, keyfiyyətli siyasət sisteminə malik olmur. Ermənistan belə imiclə təbii ki, xarici pul yatırımlarına ümid etməməlidir.

Belə ölkələr məntiqə uyğun olaraq korrupsiyaya qanad açır, aşağı keyfiyyətə malik idarəetmə və ədalət məhkəməsinə sahib olurlar. Hərbiləşdirmənin yüksək səviyyəsi Ermənistanın siyasi imicinə neqativ təsir edir, çünki xarici dövlətlər ölkənin sülhyaradıcı təşəbbüslərinin səmimiyyətinə şübhə etməyə başlayırlar.

Lakin, Ermənistanda hərbiləşdirmə var-dövlətin deyil, yoxsulluğun təcəssümüdür. Ermənistan hökuməti silahların alınmasında, müdafiə xərclərində qənaət edə bilmir, bunun əvəzində isə, Ermənistan cəmiyyəti üçün təhsil, səhiyyə xidmətlərinin səviyyəsinə mənfi təsir edəcək şəkildə onlara ayrılan vəsaitləri azaldır.

Təbii ki, bu, siyasətin durğunluğundan və tənəzzülündən xəbər verir. Çünki, iqtisadiyyat inkişaf etsəydi, təbii olaraq humanitar və sosial sahələrdə dövlət xərcləri azalmazdı. Ermənistanın hərbiləşdirilmə səviyyəsi isə belə yüksək olmaz və beynəlxalq müşahidəçilər tərəfindən həyəcan təbili çalınmazdı. “Global Militarization Index 2016” hansısa mənada Ermnəistanın hərbiləşdirilmə səviyyəsini deyil, dəhşətli yoxsulluğunu ifşa edir”, - deyə Ermənistan KİV-ləri ölkədə yaranmış böhranı etiraf edir.
Diaspora