Bərzani hökümətindən PKK-ya qarşı ƏMƏLİYYATA DƏSTƏK

Bərzani hökümətindən PKK-ya qarşı ƏMƏLİYYATA DƏSTƏK backend

Keçmiş İraq Kürd Regional Rəhbərliyinin (İKBY) sədri Məsud Bərzaninin rəhbərliyi altında Kürd Demokratik Partiyası (KDP), terrorla mübarizədə Ankara ilə Bağdad arasındakı hər hansı bir müqaviləyə bağlı qalacağını açıqlayıb.

KDP Qrup Başqanvəkili Arafat Kərəm, Anadolu Agentliyinə verdiyi açıqlamada, "İKBY hökuməti, Ankara ilə Bağdadın terrorla mübarizə mövzusunda hər hansı bir razılaşmasına bağlı qalacaq" deyib.

İKBY-nin İraqın bir hissəsi olduğunu söyləyən Kərəm, "Bu ölkənin bir parçası olaraq, İraq və Türkiyə hökumətləri bir razılaşmağa gələrsə, biz də buna bağlı qalarıq." deyə, söyləyib.

Dinc əhalinin hərbi əməliyyatlardan zərər gördüyünü xatırladan Kərəm, "Bölgə xalqının zərər görməməsi üçün hər hansı bir anlaşma əldə edilmədən öncə Ərbil ilə Bağdad arasındakı yaxşı bir əməkdaşlıq təmin edilməlidir” deyə, bildirib.

Müxalifət.az
Diaspora