“Türkiyənin anti-terror əməliyyatları həm də insanlıq və mərhəmət dərsidir”

“Türkiyənin anti-terror əməliyyatları həm də insanlıq və mərhəmət dərsidir” backend

Telman Nüsrətoğlu: “Türkiyə ordusu qüdrətini və gücünü düşmənə göstərdi”

Türkiyənin Suriyadakı anti-terror əməlyyatları davam edir. Hansı ki, Ankara İraqda da anti-terror əməliyyatlarına start verəcəyini bəyan edib. Türkiyə ilə Qərb dövlətləri arasındakı diplomatik qarşıdurma da davam etməkdədir. Maraqlıdır, hərbi və diplomatik müstəvidəki qarşıdurmanın uzanması Türkiyənin qüvvələrini tükədə, onu öz siyasətinə redaktələr etməyə vadar edə bilərmi?

Moderator.az
-a açıqlama verən Türk İslam Araşdırmaları Mərkəzinin sədri, tarixçi alim Telman Nüsrətoğlu məsələ ilə bağlı maraqlı fikirlər səsləndirib:

“Türkiyə dünya hərb tarixinə düşəcək ağıl, səbr və cəsarətlə yürütdüyü Afrin əməliyyatını tamamlamaq üzrədir. Afrın dağınıq, çətin coğrafi mövqeyi olan xeyli yaşayış məskənləri olan bir yerdir. Orada kilometrlərlə uzanan NATO nəzəriyyəsi ilə hazırlanmış tunellər, istehkamlar da göstərdi ki, türk ordusu sadə bir terror təşkilatına qarşı hərbi əməliyyatlar həyata keçirmir. Arxasında dünyanın super gücü olan və Qərb ölkələrinin dəstəyi ilə hərəkət edən nizami ordu qurmaq ərəfəsində olan bir qüvvəyə qarşı hərbi əməliyyatlar həyata keçirir.



Başqa bir oyun da mülki əhalini qurban edərək, onların bu əməliyyatlardan zərər çəkməsinə nail olaraq kürd əhali arasında Türkiyəyə qarşı kin formalaşdırmaqdır. Ona görə də deyirəm ki, Türkiyə ağıl və səbrlə hərəkət edir, oyunları bir-bir pozur və dünyaya həm də insanlıq, mərhəmət dərsi verir. Ancaq görünən odur ki, artıq Afrin əməliyyatı bitmək üzrədir. İşin ən çətin qismi həll edilib. O ki qaldı Türkiyənin gücünü tükətmək məsələsinə, Türkiyə böyük bir dövlətdir. Ordu böyük ölçüdə milli silahlar istifadə edilir. O silahlar da hərb meydanında sınaqdan keçirilir, ordu təcrübə toplayır. Və bu əməliyyatların çətin hissəsi artıq başa çatıb. Hərbi ekspertlərin də ifadə etdiyi kimi, Membiç daha tez təmzilənəcək.

Onsuz da hazırda dünyada çox ciddi qütbləşmə gedir. Aralıq dənizində də neft və qaz yataqları məsələsinə görə sular işinməyə başlayır. Yunanıstana XX əsrin əvvəllərində olduğu kimi Türkiyəyə qarşı yenə cəsarət verənlər var.

Yeni bölgədə və dünyada mürəkkəb şərait var. Belə bir şəraitdə Türkiyənin ordusunun döyüş gücünü və təcrübəsini qüvvətləndirərək, həm də sərhədləri boyu qurulmaq istənilən terror dövlətini böyük ölçüdə yox edilməsi çox önəmlidir.

Türkiyə ordusu qüdrətini və gücünü düşmənə göstərdi. Bu əməliyyatla Türkiyənin mövqeyi daha da gücləndi. Afrinin alınması artıq bir-iki həftəlik məsələdir. Terror təşkilatı orada böyük məğlubiyyət aldı. İraq ordusuyla da Sincar bölgəsindən PKK-nın təmizlənməsi və lojistik dəstək xətlərinin kontrol altına alınması PKK-PYD-ni bitirmə nöqtəsinə gətirəcək”.
Diaspora