İsrail və Səudiyyə Ərəbistanının nümayəndələri Misirin vasitəçiliyi ilə Qahirədə gizli görüşlər keçirir.
Axar.az xəbər verir ki,bunu Fələstin rəsmilərindən biri BƏƏ mediasına açıqlamasında söyləyib. Tərəflərin Qahirədəki otellərdən birində görüşdüyünü deyən rəsmi onların Qırmızı dəniz bölgəsi ilə bağlı iqtisadi məsələləri də müzakirə etdiklərini deyib:“İsrail və Səudiyyə Ərəbistanı arasındakı yaxın münasibətlər Fələstin rəhbərliyinə mənfi təsir göstərir. Başa düşdüyümüz qədərilə artıq bölgədəki ən böyük düşmən İsrail deyil”.