Yanvarın 20-dən indiyə qədər Türkiyə ordusunun müxalif Azad Suriya Ordusu ilə birgə Suriyanın Afrin bölgəsində həyata keçirdiyi "Zeytun budağı" əməliyyatı nəticəsində 3089 terrorçu zərərsizləşdirilib.
Axar.az xəbər verir ki, bu sözləri 8 Mart- Beynəlxalq Qadınlar Günü münasibətilə təşkil olunan tədbirdə çıxışı zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.Türkiyə prezidenti bildirib ki, Afrin bölgəsində 800 kvadratkilometr ərazi terrorçulardan təmizlənib. Türkiyə "Fərat qalxanı" əməliyyatı nəticəsində 2 min kvadratkilometr ərazini terrorçulardan azad edib. "Zeytun budağı" əməliyyatı nəticəsində də 2 min kvadratkilometr olan Afrin bölgəsi PYD/YPG terrorçularından təmizlənəcək. Nəticədə Afrinə ən azı 140-150 min, bəlkə də 200 min insan qayıdacaq.