Suriya Demokratik Qüvvələri Fəratın şərqində yerləşən qoşunlarını Afrin bölgəsinə göndərmək barədə qərar verib.
Axar.az xəbər verir ki, bu barədə danışan türkiyəli təhlükəsizlik üzrə mütəxəssis Abdulla Ağar ABŞ-ın İŞİD-i bu günə qədər İraq və Suriyada öz məqsəd və maraqlarına çatmaq üçün saxladığını və hazırda da bənzər durumun davam etdiyini söyləyib:"ABŞ iddia edir ki, Afrin əməliyyatı YPG-nin İŞİD-ə qarşı mübarizəsini zəiflədir. Vaşinqton bununla Türkiyəyə təzyiq etməyə çalışır. Əgər həqiqətən belə bir problem varsa, əvvəla Fəratın şərqindəki sahələrdəki sayı on minlərlə olan YPG-PKK-çıları daha fəal və real olaraq istifadə etməsi lazımdır, ancaq bunu da etmir".