Trampdan mesaj: Dünya bizi gözləyir...

Trampdan mesaj: Dünya bizi gözləyir... backend

Şimali Koreya ilə danışıqlarda mühüm irəliləyişlər əldə edilib.

Axar.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp Tvitter hesabında yazıb.

“Uzun illərdir ki, hər iki tərəf ciddi cəhdlər edir. Dünya izləyir və gözləyir! Bəlkə də saxta ümiddir, amma hər iki halda ABŞ prosesi diqqətlə izləyir və hər iki tərəfdə ciddi işlər görür”, - Ağ Ev rəhbəri bildirib.

Qeyd edək ki, Şimali Koreya lideri Kim Çen İnilə Cənubi Koreya Prezidenti Mun Ji arasında telefon danışığı baş tutmuşdu.

Tərəflər aprelin sonlarında bir araya gəlmək barədə razılıq əldə ediblər.
Diaspora