NATO sərhədimizə 12 minlik ordu toplayıb – Rus general

NATO sərhədimizə 12 minlik ordu toplayıb – Rus general backend

Dağlıq Qarabağ separatçı qurumu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü deyil.

Axar.az xəbər verir ki, bunu KTMT Birləşmiş Qərargahının rəisi general-polkovnik Anatoli Sidorov söyləyib. Onun sözlərinə görə, Qarabağda hər hansı savaş başlayarsa, separatçılara KTMT tərəfindən heç bir hərbi dəstək verilməyəcək:

“KTMT bütün razılaşmaları konkret olaraq Ermənistanla imzalayıb. İrəvan qarşısında müəyyən öhdəliyimiz var. Ermənistan vətəndaşları əmin olmalıdırlar ki, KTMT ehtiyac yaranacağı təqdirdə onları bəlada qoymayacaq”.

Generalın sözlərinə görə, Azərbaycanla Ermənistan arasındakı vəziyyət olduqca gərgindir, hətta hər iki ölkə dəfələrlə bir-birilərinin paytaxtlarını almağa çalışıblar.


Sidorov, həmçinin bu iki ölkənin "böyük sovet ailəsində" sülh və qarşılıqlı hörmət şəraitində yaşadığını da xatırladıb.
Diaspora