ABŞ Prezidenti Donald Tramp Qüdsdə yeni səfirliyin açılış mərasimində iştirak edə bilər.
Axar.az xəbər verir ki, bu sözləri Ağ Evdə İsrail Baş naziri Benyamin Netanyahu ilə görüşdə Tramp söyləyib."Gəlməyin yolunu tapmağa çalışırıq. Əgər mümkün olsa, bunu edəcəyəm", - Tramp qeyd edib.
Qeyd edək ki, ABŞ-ın Qüdsdə səfirliyi bu ilin mayında açılacaq.