Dövlət Baxçalıdan Afrin açıqlaması:İnanıram ki...

Dövlət Baxçalıdan Afrin açıqlaması:İnanıram ki... backend

İnanıram ki, Afrin küçəbəküçə, evbəev təmizlənəcək və terrorçuların belləri qırılacaq.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyənin Milliyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalı deyib.

“Afrində Türkiyənin mənafeyi cəsur şəkildə müdafiə edilir. Buradan dönüş yoxdur. Həqiqətən də gəmilər yanıb, geri dönə bilmərik”, - partiya sədri qısaca açıqlamasında bildirib.

Qeyd edək ki, dünən Afrində Kəl Təpə adlanan istiqamətdə 100-dən çox YPG-çi tunellərdən qəfil türk hərbçilərinə qarşı hücuma keçib.

Nəticədə yaranan silahlı qarşıdurmada 8 türk əsgəri şəhid olub, 26-sı yaralanıb.

Terrorçulardan isə 22-si məhv edilib, 2-si isə ələ keçirilib.
Diaspora