Poroşenkodan "Qazprom"la bağlı təlimat: Müsadirə ediləcək

Poroşenkodan "Qazprom"la bağlı təlimat: Müsadirə ediləcək backend

“Qazprom” şirkəti “Naftoqaz”a olan borcunu ödəməsə onun Ukraynadakı mülkləri müsadirə ediləcək.

Axar.az xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Pyotr Poroşenko deyib.

O bildirib ki, “Qazprom” Beynəlxalq Arbitraj Məhkəməsinin qərarlarını yerinə yetirmək fikirində deyil:

“Əgər “Qazprom” mədəni şəkildə qanuni prosedurlara əməl etmirsə, o zaman biz Nyu York müqaviləsinə görə bütün vasitələrdən istifadə edəcəyik. Beynəlxalq qaydalar Ukraynanın tərəfindədir”.

Qeyd edək ki, Beynəxalq Arbitraj Məhkəməsinin dünən verdiyi qərara görə, “Qazprom” “Naftoqaz”a 2,56 milyard dollar ödəniş etməlidir.

Belə ki, “Qazprom” daha öncə Ukraynaya qaz ixracında üzərində düşən öhdəliklərə əməl etməyib.
Diaspora