Poroşenko: “Rusiya ilə müharibə…”

Poroşenko: “Rusiya ilə müharibə…” backend

“Rusiya ilə müharibə Ukrayna üçün əsas çağırışdır”.

Publika.az UNİAN agentliyinə istinadən xəbər verir ki, bunu Ukrayna prezidenti Pyotr Poroşenko mətbuat konfransında bildirib.

“Ukrayna üçün əsas çağırış sözsüz ki, Rusiyanın Ukraynaya qarşı müharibəsinin davam etməsidir. Rusiya üçün təcavüzün qiyməti Ukraynanın silahlı qüvvələrinin möhkəmləndirilməsi və Moskvaya qarşı sanksiyalar siyasətinin davam etdirilməsi nəticəsində artır. Bu, əlbəttə, Rusiyanın tammiqyaslı təcavüz riskini əhəmiyyətli dərəcədə azaldır, amma bu, təhlükəni heç də sıfıra yaxınlaşdırmır”, - Poroşenko vurğulayıb.
Diaspora