"Suriyada atəşkəs tərəflər anlaşandan sonra başlayacaq".
Teleqraf.com "Ria.ru"ya istinadla xəbər verir ki, bu açıqlama ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov çıxış edib.BMT Təhlükəsizlik Şurasının Suriyada 30 günlük atəşkəs qərarına münasibət bildirən Lavrov qeyd edib ki, qərarın fərqli şəkildə şərh edilməsi mümkün deyil: "Atəşkəs qərarı Rusiyanın dəstəyi ilə Suriya ordusunun İŞİD, Əl-Nusra və onlara bağlı olan digər qruplaşmalara qarşı əməliyyatlar aparmasına qəti şəkildə şamil edilmir. Atəşkəsə tərəflər anlaşandan sonra əməl olunacaq".
Qeyd edək ki, BMT Təhlükəsizlik Şurası fevralın 24-də Suriyada, xüsusilə də, Şərqi Qutada yaşayan insanlara gərəkən yardımların edilməsi üçün 30 günlük atəşkəsin elan edilməsi barədə qərar qəbul edib.