Mənsimov: "Xocalı soyqırımı türk adını daşıyan hər kəsin sorunudur"

Mənsimov: "Xocalı soyqırımı türk adını daşıyan hər kəsin sorunudur" backend

“Xocalı Soyqrımı türk olduğunu deyən hər bir kəsin faciəsidir. Xocalı qətliamı ağlayan bir ananın fəryadıdır”.

Moderator.az Türkiyə mediasına istinadən xəbər verir ki, bunu Palmali Şirkətlər qrupunun rəhbəri Mübariz Mənsimov jurnalistlərə açıqlamasında deyib.

Ermənilərin Xocalı şəhərində insanları türk olduqları üçün qətlə yetirdiklərini deyən M.Mənsimov açıqlamasında bildirib ki, bu soyqırım özünü türk sayan hər kəsin faciəsidir: “Xocalıda soyqrım törədən ermənilərin bəziləri bunu yazmışdır. O, insanları tük olduqları üçün qətlə yetiriblər. Xocalı soyqrımı təkcə Azərbaycan türklərinin deyil, mən türk millətinə mənsubam deyən hər bir kəsin facisədir”.

Xüsusən hər yerdə qırğın yerinə soyqırım kəlməsini işlədən Mənsimov, soyqırım kəlməsinin mənasının beynəlxalq aləmdə təsbit edildiyinə diqqət çəkib.

"Qətliyam deyil, soyqırım sözünü hər yerdə istifadə edirəm. 1948 konvensiyasında soyqırımın açıqlaması beynəlxalq aləmdə tam müəyyən edilib. Öldürülənlərin sayı da əsas deyil. Bir qrup insanın etnik kimliyinin məqsədli olaraq amansızlıqla qətlə yetirilməsi soyqırımdır. Xocalıda soyqırımı törətdiklərini ermənilərin bəziləri yazmışdır. O insanları Türk olduqları üçün qətlə yetirdik deyirlər. Baxın o insanlar Azərbaycan vətəndaşı olduqları üçün deyil, Türk olduqları üçün ifadəsini işlədirlər. Xocalı soyqırımı təkcə Azərbaycan Türklərinin deyil, "mən türk millətinin vətəndaşıyam" deyən hər kəsin facisədir".

Mənsimov, ermənilərin Xocalıda törətmiş olduğu kütləvi qətliam əslində bir soyqırımdır - deyərək məsələyə dünyanın tamaşaçı qaldığını vurğulayıb:

"Biz bunu dünya ölkələrinə kifayət qədər nümayiş etdirmədik, ya da onlar anlamadı. Çünki qarşımızdakı millət ermənilərdi. Avropa Birliyi və BMT davamlı olaraq mühafizəkar yanaşma nümayiş etdirirlər. Bu cür vəhşiliklər əslində kütləvi soyqırım hərəkətidir. Dünya daha çox tamaşaçı qalır və Türk millətinin ermənilərə qarşı soyqırım törətməsinin yalan olduğunu bilə-bilə qəbul edirlər. Dünən də Hollandiyada bunu etdilər. Biz bunu qınayaraq, pisləyirik. Prezident Ərdoğanın ifadə etdiyi kimi biz Xocalı dərdini hər gün dilə gətirməliyik".

Mənsimov, Hollandiya Nümayəndələr Məclisinin 1915-ci il hadisələri ilə bağlı Erməni iddialarını "soyqırımı" kimi tanımasına dair qərarın birtərəfli olduğunu bildirərək, Hollandiyalı bürokratları Xocalı qətliamı mövzusunda da fikir bildirməyə dəvət edib.

“Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəfələrlə çıxışında "Ermənistana gəlin tarixçilər arxivləri açsın"-deməsinə baxmayaraq, ermənilər bununla razılaşmadılar. Ermənistan çirkin siyasi məqsədlərlə arxivlərini açmadığını və iddialarla bağlı tarixçilərin birgə araşdırma aparmasını qəbul etmədi. Çünki Birinci Dünya Müharibəsində ermənilər Anadoluda və tarixi Azərbaycan torpaqları olan Zəngəzur və Göyçə mahalında, Qarabağda qırğınlar törətmişdir. 1980-ci illərin sonlarından başlayaraq Ermənistan Azərbaycana qarşı təcavüz etmiş, vətəndaşlara qarşı insanlıq cinayəti törətmişdir. 26 Fevral 1992-də Ermənistanın indiki rəhbərlərinin şəxsən komandanlığı altında Xocalıda soyqırım törədilmişdir. Hollandiya Nümayəndələr Palatasını ikili standartı bir kənara qoyub, ədalət və obyektivlik prinsiplərinə görə hərəkət edərək, Xocalı soyqırımı mövzusunda da fikir bildirməyə dəvət edirəm"
Diaspora