Deputatdan türk rəsmisinə Qarabağ təklifi - Foto

Deputatdan türk rəsmisinə Qarabağ təklifi - Foto backend

Millət vəkili Qənirə Paşayevanın Ədirnənin mərkəzində Azərbaycan küçəsi və Qarabağ parkının açılması təklifi müsbət qarşılanıb.

Axar.az xəbər verir ki, millət vəkili Ədirnə valisi Günay Özdəmir ilə görüşdə Dağlıq Qarabağ problemi, Xocalı soyqırımı, qondarma erməni soyqırımı iddiaları ilə bağlı fikir mübadiləsi aparıb.

Azərbaycanı çox sevdiyini deyən Günay Özdəmir Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlığın inkişafına xüsusi önəm verdiyini, Ədirnədə Azərbaycan küçəsi və Qarabağ parkı abidəsi ilə bağlı təklifləri müsbət qiymətləndirdiklərini, həmçinin qardaş bələdiyyələr məsələsi ilə bağlı addımların atılacağını vurğulayıb.

Deputat eyni zamanda, Ədirnədə təhsil alan azərbaycanlı tələbələrlə bağlı da geniş məlumatlar verib.

Millət vəkilinin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı qədim Ədirnədə də böyük tədbirlərin keçirilməsi təklifi vali tərəfindən dəstəklənib.





Diaspora