Kolumbiyadan etiraf: Türkiyədən örnək götürməliyik

Kolumbiyadan etiraf: Türkiyədən örnək götürməliyik backend

Venesueladan ölkəmizə axın edən miqrantlarla məşğul olmaq üçün Türkiyəyə nümayəndə heyəti göndərdik.

Axar.az xəbər verir ki, bu sözləri Kolumbiya prezidenti Juan Manuel Santos deyib.

O bildirib ki, Türkiyənin bu sahədə təcrübəsinin öyrənilməsi olduqca mühümdür:

“Miqrant problemi ilə bağlı Türkiyə kimi ölkələrdən örnək götürməliyik. Bu problemlə bacardığımız qədər mübarizə aparmağa çalışırıq”, - Santos bildirib.

Qeyd edək ki, Türkiyə 3,5 milyon miqranta ev sahibliyi edir.

Miqrantların əksəriyyəti Suriya və İraqdandır.
Diaspora