Türk general şəhidin qarşısında diz çökdü və... - Video

Türk general şəhidin qarşısında diz çökdü və... - Video backend

FETÖ-nun 15 iyul çevriliş cəhdinin istiqamətini həyatı bahasına dəyişən, çevrilişə cəhd edən general Semih Dərzini böyük rəşadət göstərərək öldürən və şəhid olan Ömər Xalisdəmirin ölümündən sonra çəkilmiş görüntülər yayılıb.

Muxalifət.az xəbər verir ki, çevriliş cəhdinin səhəri Türkiyə Xüsusi Təyinatlı Qüvvələrinin komandanı Zəkai Ağsaqqallı Ömər Xalisdəmirin şəhid edildiyi və general Semih Dərzinin öldürüldüyü yerə gəlib.

Burada çevrilişə müqavimət göstərmiş və Baş Qərargahı FETÖ-culardan azad etmiş hərbçilərlə görüşən Ağsaqqallı bir qədər sonra yerdə uzanan şəhid Ömər Xalisdəmirə yaxınlaşıb. Şəhidin qarşısında diz çökən general onun alnından ölpüb.

Qeyd edək ki, FETÖ istintaqı çərçivəsində şahid kimi ifadə verən Zəkai Ağsaqqallı Ömər Xalisdəmirə çevriliş cəhdinin liderlərindən biri olan Semih Dərzini öldürməyi tapşırıb və bunun sonunda şəhidlik zirvəsinin olduğunu bildirib. Əmrə sözsüz tabe olan Xalisdəmir isə generalı öldürdükdən sonra yaxınlıqdakı əsgərlərlə girdiyi qeyri-bərabər döyüşdə şəhid edilib.

">



Diaspora