“Knesset Türkiyədə 100 il qabaq soyqırım olduğunu müəyyən edə bilməz”- Aviqdor Eskin

“Knesset Türkiyədə 100 il qabaq soyqırım olduğunu müəyyən edə bilməz”- Aviqdor Eskin backend

“Hesab edirəm ki, soyqırım haqqında qərarı dünya parlamentlərindən keçirməyə çalışmaq erməni xalqının böyük səhvidir”

Xəbər verildiyi kimi, İsrail parlamentində - Knessetdə qondarma erməni soyqırımının tanınması barədə irəli sürülən təklif iflasa uğradı.

İsrail deputatlarının əksəriyyəti ölkənin Xarici İşlər Nazirliyinin mövqeyini nəzərə alaraq “məsələnin mürəkkəbliyi və ağır diplomatik nəticələrə səbəb olacağı” əsası ilə qanun təşəbbüsünü rədd etdi.

Parlamentin 41 deputatı qondarma soyqırımın tanınmasının əleyhinə, 28 deputat isə lehinə səs verib. Qanun layihəsinin müəllifi isə ermənilərin İsraildəki məşhur dostlarından Yair Lapid sayılır.

Lapid parlamentdəki çıxışında Osmanlı imperiyasında guya ermənilərin öldürülməsini soyqırım olaraq tanınmasını və həmin tarixi anım günü olaraq qəbul edilməsini istəyib.

Rəsmi İrəvan Türkiyə ilə İsrailin münasibətlərinin gərgin olduğu bir vaxtda İsrailin qondarma tarixi saxtalaşdırmanı tanımasını gözləsə də, İsrail siyasətçilərinin və diplommatlarının bununla bağlı ayrı arqumentləri var.

İsrail politoloqu Aviqdor Eskin məsələ ilə bağlı erməni mətbuatına açıqlama verərək, parlamentin nə üçün tarix hadisələri müzakirə etməməli olduğuna dair əsaslarını gətirib:

“İsrail Knesseti Rusiyanın Napoleona qarşı vuruşmasını və ya Pompeydə zəlzələ olub-olmadığını müzakirə etmək üçün yaradılmayıb.

Knessetin ümumuiyyətlə bu məsələ barədə “hə” və ya “yox” deməyə ixtiyarı yoxdur. Parlament deputatları qanunvericilik və siyasətlə məşğul olmalıdırlar. Knesset durub Türkiyədə 100 əvvəl soyqırım olub-olmadığını həll edəsi deyil ki... Hesab edirəm ki, soyqırım haqqında qərarı dünya parlamentlərindən keçirməyə çalışmaq erməni xalqının böyük səhvidir.

Parlament bunun üçün qurulmayıb. Elə Ermənistan parlamenti də Rusiyada 100 il əvvəl vətəndaş müharibəsi zamanı yəhudilərin kütləvi surtədə qırılmasını müzakirə edən deyil. Parlament ümumiyyətlə tarixi hadisənin baş verib verməməsini necə müəyyən edə bilər. Bu tarixi yaddaş məsələsidir və ermənilərin yanaşma tərzi əvvəldən yanlış olub”, -Eskin qeyd edib.

Politoloqun fikrincə, İsrail soyqırım iddiasını tanımaq əvəzinə ermənilərə itirilmiş əmlaklarını geri qaytarmaq yolunda daha konkret hüquqi məsələlərdə kömək göstərə bilər.

Aviqdor Eskin qondarma soyqırımın inkar edilməsi barədə qətnamənin siyasi problemlərlə bağlı olduğunu qəbul etmir.
Buraya Ermənistanın Qüdsü İsrailin paytaxtı olaraq tanımamamsı da aiddir.

Musavat.com
Diaspora