Qərb Poroşenkoya VERDİYİ DƏSTƏYƏ GÖRƏ YANIR

Qərb Poroşenkoya VERDİYİ DƏSTƏYƏ GÖRƏ YANIR backend

“Ölkə acından ölür, amma onun prezidenti Maldivlərdə kef çəkir. Ukrayna özünü siyasi islahatçı kimi göstərən Petro Poroşenkodan olduqca məyusdur.

Bu adamı, deyəsən, ancaq pul maraqlandırır”.
Bu cümlələr Almaniyanın “Der Spiegel” qəzetindən Kristian Eş tərəfindən yazılıb.
“Avromaydandan 4 il keçdikdən sonra Poroşenkonun həmvətənləri və xaricdəki partnyorları indi kiminlə çalışdıqlarını bilmirlər: 2014-cü ilin mayından sonra ölkədə köklü islahatlar vəd edən adam, yoxsa vəzifəsindən sui-istifadə edib cibini doldurmağa çalışan biznesmen”, -müəllif yazır.
Kristian Eş Maydandakı etiraz nümayişlərini alqışlayan və bunun üçün hər cür dəstəyi verən Qərbin indi Ukrayna prezidentinin korrupsiya ilə mübarizədə istəksiz davranışından şok olduğunu yazır. Belə ki, bu vaxta qədər Yanukoviçin ətrafında olmuş bir dənə yüksək rütbəli məmur həbs olunmayıb.
Yazarın rəyini aldığı Odessa vilayətinin keçmiş qubernatoru Mixeil Saakaşvili Poroşenkonun ancaq pul hərisi olduğunu bildirir.
“Onun ideyası da elə puldan ibarətdir. İslahatlar onun üçün piardan başqa bir şey deyil. Bu adam real həqiqət kimi yalnız pulu qəbul edir”, -Saakaşvili söyləyir.
Yazı müəllifi Poroşenkonun hətta Yanukoviçin korrupsiyaçı prezidentliyi dövründə iqtisadiyyat naziri vəzifəsində çalışdığını xatırladaraq, bəlkə də belə bir adamdan hansısa ciddi islahat gözləməyin ən azı avamlıq olduğunu yazır.
“Hamımız, mən də, cəmiyyət də səhvə yol verdi. Islahatlar əvəzinə bu adam bütün hakimiyyəti əlində cəmləşdirib varlanmaqla məşğuldur”, -deputat Sergey Leşşenko bildirir.
“Əgər Poroşenko pulu düşünürdüsə, o zaman nə üçün maydanda açıq şəkildə nümayişçiləri dəstəklədi”, - digər deputat İqor Qrıniv sual edərək cavab verməyə çalışır.
Ukraynalı deputatın fikrincə, Poroşenko bir avtomobillə müqayisə olunsa, 2014-cü ildə insanlar üçün traktor olaraq qəbul edilib. “Ukraynalılar Poroşenkodan radikal hərəkətlər gözləyirdi. Onlar üçün yeni prezident yeni model telefon aparatı yox, əsl fəhlə maşını olmalı idi. İndi isə onlar Poroşenkonu xarab avtomobillə bənzədirlər”, - Qrıniv qeyd edir.

Deputatın fikrincə Poroşenko elə biznesmen xarakterində qalıb: “Onun qərarları qəbul etmə və qarşısına məqsəd qoymaqla bağlı davranışları da bunu göstərir. Lakin olduqca xırdaçı adamdır. Öna görə də ölkəni irəliyə doğru aparmaq yerinə ancaq hakimiyyəti öz əlində cəmələşdirməklə məşğuldur. Bu səbbədən, Poroşenko yeni antikorrupsiya təşkilatlarını təhlükə olaraq görür”.

Kristian Eş prezidentin korrupsiya əməllərini ifşa etmək və günahkarları cəzalandırmaqla ilə məşğul olacaq xüsusi məhkəmələrin yaradılmasına qaşrı şiddətlə müqavimət göstərdiyinə diqqət çəkərək, onun ədliyyə sistemi üzərində nəzarəti itirməkdən çox çəkindiyini yazır. “Təkcə Poroşenko deyil, bütün elita korrupsiyaya qarşı mübarizə aparacaq müstəqil instituların yaradılmasından qorxurlar”, - Eş sonda qeyd edib.

Musavat.com
Diaspora