Yunanıstanın önəmli jurnallarından olan “Diastima”, Türkiyənin Afrində yerli istehsal olan pilotsuz İHA, vertolyot və sursatlarla əməliyyat keçirməsini göstərərək oxucularına, “Türklərlə bacara bilmərik” - deyib.
Yunanıstanın ən məşhur jurnallarından biri olan “Ptisi Diastimada” nəşr olunan "Texnologiya müharibəsində necə qalib gəlirlər” başlıqlı yazıda, Türkiyə analizi diqqət çəkib.TÜRK TEXNOLOGİYASI YOX ETDİ
Yazıda, Afrində yerli istehsal olan pilotsuz SİHA-larla vurulan terrorçulardan danışarkən, terrorçuların atəş etdikdən sonra ağıllıca yer dəyişdirdiklərini, amma onları yuxarıdan izləyən Türk texnologiyasının fərqində olmadıqları üçün sonlarının gəldiyini bilmədən ortadan yox olduqlarına vurğu edilərək texnologiyanın nə qədər əhəmiyyətli olduğu bildirilib.
Son zamanlarda Yunanıstan ilə Türkiyə arasında yaşanan gərginlik səbəbindən də aparılan analizdə “Reallaşması qeyri-mümkün milli xülyalar görməyi bir kənara qoyaq. Super texnologiyaya məxsus Türklərlə bacara bilmərik, bizə müasir silahlar lazımdır" sözləri ilə Türkiyənin hərbi olaraq özünü inkişaf etdirdiyini, lakin Yunanıstanın hər keçən gün geriyə getdiyini xatırladılıb.
Müxalifət.az