ABŞ hökuməti Ermənistanı Rusiya Federasiyası ilə olan münasibətlərinə görə sanksiyalarla hədələyib.
ABŞ sanksiya siyahısına salınmış Rusiya şirkətləri əməkdaşlıq edən bir sıra hökumət və özəl şirkətlərə xəbərdarlıq edib.ABŞ-ın Ermənistandakı səfiri məsələ ilə bağlı deyib: "Rusiyaya təzyiq göstərən ABŞ Konqresi Ukraynaya qarşı rəsmi Moskvanın aqressiyası, digər ölkələrin daxili məsələsinə müdaxiləsi və insan hüquqlarının pozulması ilə əlaqədar narahatlığını göstərir. Digər ölkələrin hökumətləri və özəl şirkətləri sanksiya siyahısında olan rus şirkətləri ilə əməkdaşlıq etməmək barədə xəbərdar edilib".
2017-ci ilin dekabr ayında Ermənistan prezidenti Serj Sarkisyan Rusiya ilə Ermənistan arasında hərbi müdafiə sahəsində 100 milyon dollarlıq kredit müqaviləsini təsdiqləyib. Müqaviləyə əsasən, rus silahları alınacaq. Rusiya isə əvvəlcədən Ermənistana 200 milyon dollar kredit verib və bu kredit də silahlanmaya xərclənib.
"Əgər sanksiyalar tətbiq edilsə, bu sanksiyalar təkcə Rusiyanın hərbi-kəşfiyyat sahəsi ilə birbaşa əlaqələri və müqavilələri olan rus şirkətlərinə aid edilməyəcək. Bu sanksiyaların məqsədi our ki, Rusiya addımlarına görə cavab versin. Digər ölkələri də hərbi-kəşfiyyat qurğularını əldə etməkdən məhrum etməklə biz Rusiyanın gəlirini də dayandırırıq. Rusiyanın bu gəliri beynəlxalq mənfi təsir kampaniyası və destabilləşdirilməyə yönəldilə bilər",-deyə səfir əlavə edib.
Ermənistanın müdafiə nazirliyi bəyan edib ki, məsələ xarici işlər nazirliyinin nəzarəti altındadır. Ermənistanın xarici işlər nazirinin mətbuat katibi Tiqran Balayan da öz növbəsində bəyan edib ki, rəsmi Yerevan partnyor ölkələrlə əməkdaşlığını yüksək qiymətləndirir.
Bununla yanaşı, Ermənistanın maliyyə naziri Vardan Aramyan bəyan edib ki, sanksiyaların tətbiq edilməsi riski var.
"ABŞ qlobal iqtisadiyyata böyük təsir imkanına malikdir. Sanksiya tətbiq edəndə digər ölkələrlə hesablaşacaqlarını düşünmək yanlışdır. ABŞ heç Avropa ölkələri ilə hesablaşmır",-deyə nazir əlavə edib.
Aramyanın sözlərinə əsasən, Ermənistan üçün problemli vəziyyət yaransa, erməni tərəfi amerikalı partnyorlarla danışıqlara başlayacaq.
"Əgər belə bir vəziyyət yaransa, biz oturub danışmalıyıq. Çünki zamanında İranla da bağlı belə bir vəziyyət yaranmışdı, o dövrdə İran beynəlxalq sanksiyalara tabe tutulmuşdu. Hər zaman risklər var",-deyə maliyyə naziri qeyd edib.
(olke.az)