“Bu dövlət 26 milyon insanın qətlinə cavabdehdir…”
Avstraliyada “WikiLeaks” partiyasının katibi olan Con Şipton ABŞ dövlətini insanlığa qarşı ən ağır cinayətlərdə ittiham edib.Moderator.az xəbər verir ki, Suriyadan səfərdən dönən məşhur məxfi xəbər saytının yetkilisi bu haqda “Rusiyanın səsi” radiosuna danışıb. Suriyadakı gerçəkliklərdən dəhşətə gəlmiş Con Şipton bu ölkənin Amerika dövlətinin digər ölkələri içəridən dağıtmaq texnologiyasının tətbiq edilməsinin əyani nümunəsi olduğunu bildirib:
“Amerikanlar ölkələri içəridən dağıtmaq texnologiyasını tətbiq edirlər... Suriyaya müdaxilə etmək üçün onlar Latakiyada 426 uşağın qətlini təşkil etdilər... 1945-ci ildən bəri ABŞ 73 dövləti dağıdıb. Bu dövlət 26 milyon insanın qətlinə cavabdehdir. Bu- dəhşətlər filmidir. Sadəcə, ustalıqla pədələnib...”
Culian Assanjın nümayəndəsi bir sıra digər ölkələrin, eləcə də vətəndaşı olduğu Avstraliyanın da faktiki olaraq ABŞ-a nökərçilik etdiyini vurğulayıb.