Ərdoğan Ruhani ilə razılaşdı - Telefon danışığı

Ərdoğan Ruhani ilə razılaşdı - Telefon danışığı backend

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla iranlı həmkarı Həsən Ruhani arasında telefon danışığı baş tutub.

Axar.az xəbər verir ki, tərəflər Suriyada yaşanan son siyasi proseslərlə bağlı fikir mübadiləsi aparıblar.

Ərdoğan Soçidə baş tutan üçtərəfli zirvənin ikincisinin İstanbulda keçiriləcəyi barədə Ruhanini məlumatlandırıb.

Bundan əlavə, dövlət başçıları ikitərəfli əlaqələri, terrorizmlə mübarizə və təhlükəsizlik sahəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Qeyd edək ki, daha öncə Ərdoğan və Putin arasında telefon danışığı baş tutmuşdu.
Diaspora