Saakaşvili gürcü hökumətini hədələdi: Çevriliş...

Saakaşvili gürcü hökumətini hədələdi: Çevriliş... backend

Ukrayna hökuməti mənim ekstradisiyama hazırlaşır, amma bu o demək deyil ki, məni mütləq Gürcüstana ekstradisiya edəcəklər.

Axar.az xəbər verir ki, bunu “Liberation” qəzetinə müsahibəsində Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili söyləyib.

“Bir neçə gün əvvəl öyrəndim ki, onlar Polşa hökumətinə müraciət edib, mənim yenidən qəbul edilməyimi istəyiblər. Mənim Gürcüstana ekstradisiyam gürcü hökuməti üçün çox çətin olacaq. Gürcüstanda hökumət zəifdir. Onlar bir ildən çox mənim ofşor hesablarımı axtardılar, amma heç nə tapmadılar. Mənim zamanımda korrupsiya olmayıb. Əgər Gürcüstanda həbs olunsam, tərəfdaşlarım hakimiyyəti devirib, məni azad edəcəklər”, - deyə o bildirib.
Diaspora