Avropalı olmayan miqrantlar Şimali Afrikadakı düşərgələrə göndərilməlidir.
Axar.az xəbər verir ki, bu bəyanatla Danimarkanın Sosial Demokratlar Partiyası çıxış edib.Danimarkaya əcnəbilərin girişinin azaldılmasını istəyən partiya lideri Mette Frederiksen, xüsusilə sığınacaq tələb edən afrikalıları hədəf alan 44 səhifəlik planını açıqlayıb.
Frederiksen Danimarkaya gəlmək istəyən əcnəbilər içərsində Qərbdən olanların üstünlük təşkil edilməsinin vacib olduğunu söyləyib.