Dünya birjaları hazırda dəhşətli situasiyadadırlar.
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Almaniya kansleri Angela Merkel deyib.“Biz diqqətimizdən əsas şeyləri yayındırmamalıyıq. Hazırda biz birjalara görə kifayət qədər həyəcanlı zaman yaşayırıq. Hökumət gərək rifah və təhlükəsizliyə zəmanət versin”, – deyə o bildirib.
Qeyd edək ki, bundan öncə ABŞ birjaları gözlənilmədən 3,8-4,6% geriləyib. Bundan sonra Yaponiyanın “Nikkei” indeksində də 4,7% geriləmə qeydə alınıb.
Avropa birjalarında da geriləmə müşahidə edilib.