ABŞ-ın yeni nüvə doktrinası Ağ Evin xarici siyasətindəki qarşıdurma xəttini gücləndirir.
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Federasiya Şurasının Təhlükəsizlik Komitəsinin sədr müavini Frans Klintseviç söyləyib. Onun sözlərinə görə, bu doktrina Rusiya ilə qarşılıqlı fəaliyyətə yox, daha çox rəqabətə yönəlib:“Yeni nüvə strategiyası dünyada dəyişən situasiyaya reaksiyadır. Koreya yarımadasındakı hadisələr göstərdi ki, ABŞ Şimali Koreya ilə qarşıdurmada belə özünün tam üstünlüyünü hiss edə bilmir. Dünya Xirosimo və Naqasakini yaxşı xatırlayır. Amerikanın nüvə doktrinası bu kimi hadisələrin təkrarlanmasına qadağa qoymur və bu, bizi hər şeydən çox qorxudur”.