ABŞ və İngiltərə Rusiyaya qarşı birləşdi - Gərginlik PİK HƏDDƏ

ABŞ və İngiltərə Rusiyaya qarşı birləşdi - Gərginlik PİK HƏDDƏ backend

ABŞ və İngiltərə Qara dənizdə ortaq hərbi təxribat hazırlayır.

Publika.az xəbər verir ki, bu barədə Rusiyanın hərbi mütəxəssisi Aleksandr Jilin deyib.

ABŞ-ın “Carney” hərbi gəmisinin Ukrayna ilə ortaq təlimlər təşkil edilməsindən sonra NATO Dəniz Donanması Komandirliyi İngiltərə Donanmasına aid “Duncan” hərbi gəmisinin İstanbul boğazından keçərək Qara dəniz sularına girdiyini bildirmişdi.

Qara dənizdəki bu aktivliyi şərh edən Aleksandr Jilin bölgədə gərginliyin artdığını deyib:



“Bu gərginliyin anqlo-saksonlar tərəfindən Rusiyaya təzyiq vasitəsi olaraq görüldüyünü və bu səbəbdən buna bənzər təxribatlar gerçəkləşdirdiklərini düşünürəm. Çünki rəsmi Kiyevin Donbas və Rusiya ilə bağlı açıqlamaları bir təxribat hazırlığıdır. ABŞ və İngiltərə tərəfindən təşkil edilən bu təxribatlar Ukraynanın dövlət başçısı Pyotr Poroşenko tərəfindən həyata keçirilir”.

Diaspora