Orta Şərqdəki kürd problemi haqqında danışan Rusiya Diplomatlar Assosiasiyasının sədr müavini Andrey Baklanov kürd dövləti qurmağın mümkün olmadığını deyib.
“A24.az” Türkiyə mediasına istinadən xəbər verir ki, ABŞ-ın dəstəyi ilə Orta Şərqdə bir qrup şəxslərin kürd dövləti qurmaq vədiylə istifadə edildiyini dilə gətirən Baklanov Amerikanın bunu sadəcə Orta Şərqdə güclənmək üçün etdiyini vurğulayıb.Kürdlərin öz haqları olaraq iddia etdikləri torpaqlarda əhalinin sıx olmadığını deyən Andrey Baklanov “Ən məntiqlisi müxtəlif müzakirə formatlarının axtarılmasıdır” deyib.
Başda Suriya olmaqla kürdlərin tarixi olaraq özlərinə aid olduğunu düşündükləri torpaqlardakı kürd əhalinin çox olmadığını söyləyən Baklanov “Bu bölgələrdə eyni yerdə yaşayan müxtəlif xalqlar var, bəzi yerlədə kürdlər çox olduğu halda, bəzilərində ərəblər daha çoxdur. Bu hal kürdlərin dövlət qurmasına başqa bir porblem yaradacağı, bu dövlətin içərisində ərəb azlıqların probleminin ortaya çıxacağı mənasına gəlir. Sadəcə kürdlərdən ibarət dövlətin yaradılması uğurlu olmayacaq, belə bir şey qətiyyən mümkün deyil. Ona görə də bir çox müzakirə formatlarının axtarılıb tapılması məntiqli görünür” şəklində qeyd edib.