"Ankara qazandı, Tehran itirdi” – İRANLI DİPLOMAT

"Ankara qazandı, Tehran itirdi” – İRANLI DİPLOMAT backend

İran Xarici İşlər Nazirliyinin sabiq diplomatı Mələyi" Zeytun Budağı" hərəkatını dəyərləndirərkən "Afrin əməliyyatı ilə Ankara qazandı, Tehran itirdi" deyə, bildirib.

Afrindəki terror təşkilatı PYD/YPG-yə qarşı təşkil olunan “Zeytun Budağı” hərəkatı, 11-ci gününə girərkən, dünyadan da əməliyyata qarşı dəyərləndirmələr davam edir. Əməliyyatdan dərhal sonra Dəməşq rejimilə birlikdə Türkiyəyə təpki göstərən İranın bu mövqeyinin səbəbi də aydınlaşır.

İran Xarici İşlər Nazirliyinin keçmiş diplomatlarından Sadiq Mələyi, İran Diplomatik Araşdırmalar Mərkəzinin saytında dərc olunan yazısında "Suriyanın Afrin vilayətindəki münaqişənin ən böyük itirəni İrandır. Ankara, Afrin hərəkatını Vaşinqton və Moskva ilə koordinasiyalı şəkildə həyata keçirib. Ancaq İran bu işdə heç yer almadı. İran bununla da Suriyadakı qarşıdurmalar tənliyində ən böyük itirəni oldu" deyə, qeyd edib.

Mələyi, Suriyadakı toqquşmalarda İŞİD-ə qarşı mübarizədə üstünlük əldə edən İranın, Afrin əməliyyatı ilə itkiyə məruz qaldığını, Türkiyənin isə Suriyanın gələcəyində söz sahibi ola biləcəyini bildirib.

Muxalifet.az

Diaspora