Türkiyənin Adana şəhərində 250 qadın Suriyanın Afrin bölgəsində aparılan "Zeytun budağı" əməliyyatında iştirak etmək üçün könüllü olaraq hərbi komissarlığa müraciət edib.
Adana Böyükşəhər Bələdiyyəsində çalışan 250 qadın könüllü olaraq əsgərləri dəstəkləmək üçün əllərində türk bayraqları komissarlığa gəliblər.Komissarlığın Vahip Qaragöz qadınlara dərin təşəkkürlərini bildirib və onların cəsarətini yüksək qiymətləndirib.
Qadınlar isə çıxışlarında terrorçuları məhv etmək üçün türk hərbçilərlə çiyin-çiyinə vuruşmağa hazır olduqlarını qeyd ediblər.
Qrup daha sonra şüarlar səsləndirərək dağılıb.
(teleqraf.com)
VİDEONU BURADAN İZLƏYİN