Alman siyasətçi: “İslam dini qadağan olunacaq”

Alman siyasətçi: “İslam dini qadağan olunacaq” backend

Almaniya Alternativ Partiyasının Türengiya əyalət rəhbəri Björn Hosk hakimiyyətə gəldikləri zaman ölkədə islam dininə qadağa qoyacaqlarını bəyan edib.

Teleqraf.com xəbər verir ki, o bu qalmaqallı fikri keçirdiyi mətbuat konfransında bəyan edib:

“Mən islam düşməni deyiləm, ancaq islam Avropaya yad dindir”.

O, əlavə edib ki, Alternativ Alman Partiyası hazırda hakimiyyətdə olmadığı üçün bir iş görə bilmir:

“Ancaq iqtidara gəldikdən sonra islam dinini qadağan edəcəyik”.

Xatırladaq ki, Björn Hosk son dövrlər belə qalmaqallı fikirləri ilə daim gündəmdə olub. O, Berlində tikilən və Hitler iqtidarı zamanı yəhudilərin kütləvi soyqırıma məruz qaldığını göstərən abidənin mövcudluğunu utandırıcı saydığını deyib.

Bir ara Björn Hoskun partiyadan xaric olunması ciddi şəkildə müzakirə edilib.
Diaspora