Alman qəzeti “Tagesspiegel” ABŞ və Avropanın Suriyada uduzduğunu yazdı.
Alman qəzeti “Tagesspiegel” “Zeytun Budağı” hərəkatını Türk-Amerika əlaqələri baxımından dəyərləndirərək, Türkiyənin əməliyyatda uğurlu olduğunu, Avropa və ABŞ-ın isə PYD/PKK terrorçularını öz taleyinə tərk etdiyini bildirib.Qəzetdə bu ifadələr yer alıb: "Son günlər Avropa, ABŞ və Almaniyanın PYD-liləri öz talelərinə tərk etmələrinə duyulan qəzəb ilə çalxalandı. Suriya, ABŞ və Avropa üçün artıq itirilmiş sayılır. Soruşulan son strateji sual sadəcə, “zorakılığın dayandırması üçün hansı işlər görülə bilər” sualı ola bilər".
QAÇQIN XƏBƏRDARLIĞI
“Mainzın Allgemeine Zeitung” qəzeti isə, Türkiyədə yaşayan 3 milyondan çox qaçqına heç toxunmadan “Zeytun Budağı” hərəkatı ilə İordaniya və Livana yeni qaçqın axınının başlayacağını iddia edib: "Türkiyənin Suriya ilə sərhəd bölgəsindəki hərbi müdaxiləsi üzündən İordaniya və Livan yeni qaçqın axınına məruz qala bilər. Bu iki ölkə, indidən bir milyondan artıq qeydiyyatlı və qeydiyyatsız qaçqın saxlayır. İordaniya və Livanda sabitliyin təmin olunması Avropanın mütləq prioriteti olmalıdır. İordaniya və Livana qaçqın böhranının öhdəsindən gələ bilməsi üçün veriləcək hər milyon avronun yaxşı sərmayə olacağı unudulmamalıdır".
Müxalifət.az