Ukrayna prezidenti Pyotr Poroşenko Rusiyaya qarşı yeni sanksiyaların tətbiqinə görə Birləşmiş Ştatlara minnətdarlığını bildirib.
Report xəbər verir ki, bu barədə o, ABŞ-ın dövlət katibi Reks Tillerson ilə görüşdən sonra "Twitter"də yazıb."ABŞ-ın BMT Təhlükəsizlik Şurasında tam dəstəyinə və Rusiyaya qarşı sanksiyalar siyasətinin davam etdirilməsinə görə minnətdaram", - deyə o bildirib.
Poroşenkonun sözlərinə görə, onlar Tillerson ilə müdafiə və təhlükəsizlik sahəsində koordinasiya barədə razılığa gəliblər.
Xəbər verildiyi kimi, ABŞ Ukraynadakı vəziyyət səbəbindən Rusiyaya qarşı sanksiyaları genişləndirib.