“Azərbaycanda media azad olub və bu gün də azaddır”

“Azərbaycanda media azad olub və bu gün də azaddır” backend

Siyavuş Novruzov: “Dövlət jurnalistlərin sosial problemlərinin həllinə böyük diqqət göstərir”

“Azərbaycanda media azad olub və bu gün də azaddır”.

Moderator.az xəbər verir ki, bunu millət vəkili Siyavuş Novruzov söyləyib. Millət vəkilinin sözlərinə görə, dövlət kimliyindən, siyasi mövqeyindən asılı olmayaraq, jurnalistlərin sosial problemlərinə böyük diqqət göstərir, onların həll edilməsi istiqamətində ciddi addımlar atır:

“Azərbaycanda söz azadlığının mövcudluğu hər kəsə bəllidir və biz gündəlik həyatımızda buna şahid oluruq. Dövlətimiz söz azadlığını təmin edir, media və jurnalistlərə mütəmadi surətdə qayğı sərgiləyir. Dövlət kimliyindən, siyasi mövqeyindən asılı olmayaraq, jurnalistlərin sosial problemlərinin həllinə böyük diqqət göstərir. Jurnalistlərin evlə təmin edilməsi siyasəti aparılır ki, bunun nəticəsində yüzlərlə jurnalist evlə təmin olunub, məişət şəraiti əsaslı şəkildə yaxşılaşıb. Hansı ki, dünyanın heç bir ölkəsində jurnalistlərə bu cür qayğı yoxdur. Bu, ölkə başçısının, dövlətimizin mediaya, jurnalistlərə verdiyi önəmi göstərir və bu, alqışlanmalıdır”.
Diaspora