“Kürdlər öz aqibətlərini aydın görməyə başlayblar” - POLİTOLOQ

“Kürdlər öz aqibətlərini aydın görməyə başlayblar” - POLİTOLOQ backend

Türk Silahlı Qüvvələri Azad Suriya Ordusu ilə birlikdə həyata keçirdiyi “Zeytun Budağı” hərəkatı, terror təşkilatı PYD-nin təzyiqi altında yaşamaq məcburiyyətində qalan Ərəb və Kürd tayfalarını cəsarətləndirib.

Ərəb və kürd tayfaları PKK-ya qarşı çıxıblar. PKK/PYD-nin işğalı altındakı tayfa rəhbərləri Münbiç yaxınlığındakı El-Hurda kəndində bir araya gəlib. Görüşdə tayfa rəhbərləri terror təşkilatına qarşı birlikdə mübarizə etmək qərarı alıb.

“PKK/PYD kürd əhalisini aldatmağa nail olub”

Ərəb və kürd tayfalarının PKK-ya qarşı çıxması ilə bağlı politoloq İlqar Vəlizadə Muxalifet.az-a dedi ki, PKK/PYD avantürist qüvvələrdir: “Bunlar kürdlərin başında duran qüvvələrdir. Kürd əhalisini aldatmağa nail olublar. Onlar neçə ildir ki, müxtəlif vasitələrlə kürd əhalisini ələ almağa çalışırdılar. İndi də dinc əhali görür ki, bu qüvvələr onları zərbə altında qoyublar və dinc əhalini ön plan çəkirlər, özləri əhalinin arxasında gizlənirlər. Belə vəziyyətdə kürdlər aqibətlərini aydın görməyə başlayıblar və onların əleyinə çıxış edirlər. Nəticə də göz qabağındadır”.

“Əsas oyunçular öz siyasətlərində korrektələr edəcəklər”




İ.Vəlizadə vurğuladı ki, Türkiyənin əsas məqsədi Suriyaya barış gətirmək deyil, Türkiyənin cənub sərhədlərini qorumaqdan və PKK/PYD terrorçularından sığortalamadan ibarətdir: “Son illər ərzində bu təhlükə artır. Əlbəttə ki, bu, daxili siyasi stabilliyi pozmağa yönələn addımlardır. Türkiyə indi Suriyada təhlükəsizlik zolağı yaradıb. Bu zolağın yaradılmasında Afrin əməliyyatı vacib rol oynayır. Bundan sonra Suriya daxilində proseslər müəyyən dərəcədə aydınlaşacaq. Yəqin ki, əsas oyunçular öz siyasətlərində korrektələr edəcəklər”.

“PKK/PYD-nin siyasi bazası darmadağın olacaq”


“Burada əsas məqsəd destuktiv qüvvələrin fəaliyyətinə zərbə endirmək, PKK/PYD-nin daxili, siyasi səhnədə fəallığını azaltmaqdır. Əlbəttə ki, bu əməliyyatdan sonra bu qüvvələrin başı çox qarışacaq, onların siyasi bazası darmadağın olacaq. Bu da yerli əhalinin gündəlik həyatına təsir göstərəcək. Son iki il ərzində PYD qüvvələri yerli əhalini, yəni ərəbləri, türkmənləri yerləşdiyi ərazilərdən çıxarmışdı. Bu əməliyyat nəticəsində indi onlar öz vətənlərinə qayıdacaqlar. Təbii ki, bu, pozitiv bir haldır”.

Muxalifet.az

Diaspora