Yaqland Azərbaycanı təriflədi

Yaqland Azərbaycanı təriflədi backend

Avropa Şurasının baş katibi Torbyörn Yaqland Azərbaycanda cəzaların humanistləşdirilməsinə dair atılan addımları müsbət qiymətləndirib.

Virtualaz.org-un məlumatına görə, bu barədə T.Yaqland AŞ Parlament Assambleyasının qış sessiyasında çıxışı zamanı deyib.

Baş katib bildirib: "Azərbaycanda həbs cəzası ilə bağlı cinayət hüququna dair tədbirlər hazırlanıb. Bu, müsbət addımdır".

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev ötən ilin fevralında “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” sərəncam imzalayıb və artıq bir müddətdir ki, həmin sənədin icrasına başlanılıb.
Diaspora