Makedoniyalı siyasətçi:”İmperiya Azərbaycan xalqının istiqlal arzusunun qarşısını ala bilmədi”

Makedoniyalı siyasətçi:”İmperiya Azərbaycan xalqının istiqlal arzusunun qarşısını ala bilmədi” backend

Türk Hərəkatı Partiyasının sədri, Makedoniya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri, millət vəkili Enes İbrahim 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə bağlı fikirlərini bildirib.

Bu barədə məlumatı diaspor üzrə araşdırmaçı-jurnalist Elnur Eltürk verib.
“Sovet imperiyası Azərbaycan xalqının azadlıq və istiqlaliyyət arsuzunu məhv etmək istəyirdi. Ancaq milyonlarla azərbaycanlı meydana çıxaraq buna öz etirazlarını bildirdilər.

Yüzlərlə qardaş və bacılarımız imperiya tərəfindən şəhid edildi. Ancaq imperiya Azərbaycan xalqının istiqlal arzusunun qarşısını ala bilmədi. Bir ildən sonra Azərbaycan öz müstəqilliyini əldə etdi və bu gün şəhidlər hörmət, sayğı ilə yad edilirlər. Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirəm”,-deyə Enes İbrahim qeyd edib.




Diaspora