“Biz Ermənistana edə biləcəyimiz ən böyük güzəşti etmişik” – “Atəşkəsə əməl etməklə”

“Biz Ermənistana edə biləcəyimiz ən böyük güzəşti etmişik” – “Atəşkəsə əməl etməklə” backend

Hikmət Babaoğlu: “Daha artığından söhbət gedə bilməz”

“Yeni Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu Moderator.az-a açıqlamasında Ermənistan-Azərbaycan münasibətləri ilə bağlı maraqlı fikirlər səsləndirib. Millət vəkilinin sözlərinə görə, bəzi media əməkdaşlarının Qarabağ münaqişəsindən bəhs edən zaman Azərbaycanın kompromislərə hazır olması fikrini dilə gətirməsi doğru deyil və yanlış anlaşılmalara yol aça bilər.

H.Babaoğlunun fikrincə, Azərbaycan atəşkəsə əməl etməklə Ermənistana edə biləcəyi ən böyük güzəşti edib və bundan daha artığından söhbət gedə bilməz:

“Bəzən Dağlıq Qarabağ münaqişəsindən bəhs edən jurnalistlər məqalələrində vurğulayır ki, Azərbaycan kompromislərə hazırdır. Məsələnin bu cür qoyuluşu zənnimcə, doğru deyil və yanlış anlaşılmalara səbəb ola bilər. Belə bir təəssürat yarada bilər ki, Azərbaycan daha bir çox güzəştlərə getməyə hazırdır.



Biz Ermənistana edə biləcəyimiz ən böyük güzəşti etmişik. Bu güzəştin mahiyyətini isə atəşkəsə əməl etməyimiz, müharibə aparmamağımız təşkil edir. Biz bundan artıq heç bir güzəşt edə bilmərik. Hansı ki, bu güzəştin də bir sərhəddi var və ölkə başçısı qeyd etdiyi kimi, əgər sülh danışıqları fayda verməsə, Azərbaycan öz ərazi bütövlüyün digər vasitələrlə təmin edəcək. Odur ki, jurnalistlərə bu kimi məsələlərdən bəhs edən zaman həssaslıq göstərməsi, düzgün ifadələr seçməsi olduqca vacibdir”.

Diaspora