""Qocalar evi"ndəkilər təkcə diriləri ilə deyil, ölüləri ilə də millətə əzab vermək istəyirlər"

""Qocalar evi"ndəkilər təkcə diriləri ilə deyil, ölüləri ilə də millətə əzab vermək istəyirlər" backend

Müsair Müsavat Partiyasının sədri Hafiz Hacıyev Moderator.az-a açıqlamasında yola salmaqda olduğumuz ildə baş verənlərdən və 2018-ci ildəki gözləntilərindən danışıb:


"Təəssüf ki, dəfələrlə həyəcan təbili çalmağımıza baxmayaraq yola salmaqda olduğumuz 2017-ci ildə də “Qocalar evi” öz yerində qalmağı bacardı. Halbuki ölkədəki inkişafın qarşısını alaraq onu tormozlayan elə bu şəxsləridir. Bunlar istəyir ki, öz postlarında və kreslolarında ölsünlər. Bunların vicdanı olsaydı, üzüsulu öz kreslolarını təhvil verərdilər. Halbuki bəziləri hətta qoltuqda kabinetə gedirlər, ora-bura gedəndə katibələrinin qolundan-çiynindən yapışaraq hərəkət edə bilirlər. Hətta eləsi var ki, nə kresloda rahat otura bilir, nə özü yeməyini yeyə bilir. Amma inadkarlıqla deyirlər ki, gərək kresloda ölək və dövlət hesabına rəsmi törənlə dəfn olunaq. Yəni təkcə diriləri ilə deyil, ölüləri ilə də millətə əzab vermək istəyirlər.

Amma məndə olan məlumata görə nəhayət hamımızın intizarla gözlədiyi islahatlar məhz qarşıdakı seçki ilində reallaşdırılacaq və qardaşım nəhayət bu “Qocalar evi”ndən özünün də, millətin də canını qurtaracaq. Özü də bunları işdən qovmaqla iş bitmir. Onların əlindəki milyardları almaq lazımdır. Çünki o milyardlar sonradan ölkəni qarışdırmaq üçün istifadə oluan bilər. Ziya Məmnmədovun, Eldar Mahmudovun və indi də Fazil Məmmədovun əlindəki milyardlar Azərbaycanın müstəqilliyi üçün saat mexanizmli bomba kimidir. Bu il çox çalışdıq ki, o “Qocalar evi”ni boşaldaraq qapısına bir yekə qıfıl vuraq, ancaq sivişib çıxdılar. Buna baxmayaraq biz millətin hulqumuna çökmüş bu qansoranların nə yuvanın quşu olduqlarını bilirik və hər addımda onları ifşa etməkdə davam edəcəyik. Çox ümidliyəm ki, 2018-ci il tarixə “Qocalar evi”nin bağlanması kimi düşəcək. Mən qarşıdan gələn ildə xalqıma onu arzulayıram ki, prezident İlham Əliyevin arxasında sıx birləşsinlər, mənim qardaşım da xalqın dəstəyinə arxalanaraq bunları silib-süpürüb getməli olduqları yerə göndərsin. Səbrli olmaqda fayda var və 2018-ci il arzularımızın gerçəkləşdiyi il olmalıdır.
Diaspora