ABŞ-ın Maliyyə naziri Stiven Mnuçinə Yeni il münasibətilə bir qutu at peyini hədiyyə edilib.
Axar.az xəbər verir ki, bu barədə “Nyu York Post” informasiya yayıb.Məlumata görə, nazirin evinin yaxınlığında aşkarlanan “hədiyyə”nin kim tərəfindən qoyulduğunun yoxlanılması üçün əraziyə polislər cəlb olunub. Yeni il rəmzlərini əks etdirən bağlamada olan və üzərinə “Amerika xalqından” yazılmış hədiyyənin içindən at peyini çıxıb. Təhlükəsizlik orqanları bağlamanın heç bir təhlükə daşımadığı qənaətinə gəlib.
Qeyd edək ki, Maliyyə naziri Prezident Donald Trampın bir qədər əvvəl imzaladığı 1.5 trilyon dollarlıq vergi islahatına görə ictimaiyyət tərəfindən kəskin şəkildə tənqid olunub.