“Yaxşı ki, deputat Araz Əlizadə türk deyil”

“Yaxşı ki, deputat Araz Əlizadə türk deyil” backend

Niyaməddin Orduxanlı : “Fars, rus, erməni, bizə TÜRK deyib çağırır! Ancaq onlara nökərlik edənlər bizə türk demək istəmir!”

Sosial Demokrat Partiyasının sədri, millət vəkili Araz Əlizadə mətbuata verdiyi açıqlamasında Azərbaycanın tarixi simalarının milli kimliyinə dair açıqlama verib. Onun sözlərinə görə, Babək, eləcə də Səvəfi hökmdarı Şah İsmayıl Xətai türk deyil. Məmməd Əmin Rəsulzadənin isə həyatının son dövründə türk olub.

Deputatın bu açıqlaması siyasi partiyalar arasında çox kəskin qarşılanıb. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının ( BAXCP ) sədr müavini, QHT sədri Niyaməddin Orduxanlı Moderator.az saytına verdiyi açıqlamasında bildirib ki, Araz Əlizadə danışdığı cəfəngiyyatdan başqa şey deyil:

“Araz Əlizadə Azərbaycan cəmiyyətinə, mətbuatına ancaq və ancaq türk şəxsiyyətlərini aşağlayan daxilən TÜRK kimliyinə nifət edən biri kimi çıxır. Baxın, onun son dövrlərdə mətbuatda veridyi açıqlamalarına. Dilində TÜRK ifadəsindən başqa heçnə yoxdur. Bu da təbii ki, TÜRK millətinə olan nifrətində qaynaqlanır. Hər kəs bilir ki, bu adam türklərə patoloji nifrət edir. Söhbət anadolu türklərində getmir. Dünyada yaşayan və qədim mədəniyyəti olan. Dünya sivilizasiyasına öz tövhəsinə vermiş tarix boyu öz yeri və çəkisi olan bir millətdən , 350 milyonluq TÜRK etnosundan gedir. Bu adamın nifrəti 350 milyonluq xalqadır. Yaxşı ki, Araz Əlizadə türk deyil. Türk olsa idi, daha təsirli ola bilərdi. Hər kəs bilir ki, bu adam fars-rus ittifaqını sevən, dəstəkləyən və onlara sədaqətlə xidmət edən bir adamdır. Nə vaxt mətbutatı açırsan, Əlizadə qardaşları Azərbaycan əhalisinin etnik mənşə etibarilə türk olmadığını sübut etməyə çalışırlar. Sanki bunlar özlərini antitürk ovqatlı biri kimi təsdiq etməyə can atırlar. Azərbaycanın tarixi şəxziyyətləri ilə bağlı dediklərinin heç bir əsası yoxdur. Hal-hazırda Şimalı Azərbaycanda 10 milyon yaxın əhali yaşayır. Və bu əhalinin 90 % türk etnik qrupuna daxil olmuş insanlardı. Azərbaycanın tərkibində yaşayan bütün etnik qrupları özümüzə qardaş bilirik. Uzun illərdi bu etnik xalqlarla birgə yaşayırıq və heç zaman da heç bir problemimiz olmayıb. Və Azərbaycanın dövlət maraqlarını sevmiyən bəlli qonşularımız hər zaman etinik məsələsi ilə dövlətimizə zərbə vurmaq fürsət hazırlayıblar. Bu da keçərli olmayıb. Araz Əlizadə bilsin ki, parçalanmış Azərbaycanın bu gün İranda yaşayan 35 milyondan artıq nümayəndəsinin də 90% türk kökənlidir. Sonda onu da deyim ki, tarixboyu və bu gün də fars, rus, erməni, bizə TÜRK deyib çağırır! Ancaq nədənsə onlara nökərlik edənlər isə biz türk demək istəmir!”
Diaspora