Mikayıl Oyta: “Ermənistanın işğalçılıq siyasətina dur deməyin zamanıdır”

Mikayıl Oyta: “Ermənistanın işğalçılıq siyasətina dur deməyin zamanıdır” backend

“Erməni terror bu gün də davam edir”.

Diaspor üzrə araşdırmaçı-jurnalist Elnur Eltürkün Publika.az-a verdiyi xəbərə görə, bu sözləri Avstraliya-Azərbaycan Assosiasiyasının prezidenti Mikayıl Oyta 1980-ci ilin 17 dekabr tarixində erməni terrorçu qrupu tərəfindən Avstraliyanın Sidney şəhərində öldürülən Türkiyənin baş konsulu Şarık Arıyak və attaşe Engin Severin 37-ci il dönümü mərasimində bildirib.

Mikayıl Oyta çıxışında təəssüflə qeyd edib ki, həmin vaxtlar Türkiyə dövlətinin onlarla diplomatı ASALA terrorçu qrupları tərəfindən vəhşicəsinə qətlə yetiriliblər:

“Bu gün həmin siyasət Qarabağda davam edir. Bir milyon insan öz dədə-baba torpağından didərgin düşüb. 1992-ci ilin 26 fevral tarixində Ermənistan Azərbaycanın qədim torpağı Xocalıda soyqırım siyasəti həyata keçiriblər. Bu gün Ermənistanın işğalçılıq siyasətina dur deməyin zamanıdır”.

Tədbirdə Türkiyənin baş konsulu Melih Kararal, NSW əyalətinin nümayəndəsi Con Trevor Khan çıxış edərək terrorun bəla olduğunu söyləyiblər.
Diaspora