Azərbaycanla Ermənistan arasında yaşana biləcək hər hansı hərbi əməliyyatlar şəraitində Türkiyə, şübhəsiz ki, Azərbaycana istənilən hərbi yardımı göstərəcək.
Bu sözləri Rusiya Federasiyası İctimai Palatasının üzvü, politoloq Sergey Markov Türkiyə ilə Ermənistan arasındakl sülh protokollarının ləğvinin doğura biləcəyi nəticələr haqda danışarkən deyib.Politoloq bildirib ki, bu protokolların ləğvi hər hansı bir xüsusi dəyişikliyə səbəb olmayacaq:
“Məsələ burasındadır ki, Türkiyə ilə Ermənistan arasında bağlanan sülh müqaviləsi sözü gedən ölkələr arasındakı vəziyyət üçün elə də böyük əhəmiyyət daşımır. Çünki onlar arasında yazılı olmayan qanunlar var.
Azərbaycanla Ermənistan arasında yaşana biləcək hər hansı hərbi əməliyyatlar şəraitində Türkiyə, şübhəsiz ki, Azərbaycana istənilən hərbi yardımı göstərəcək. Bu həqiqətdir. Türkiyə Azərbaycan münasibətlərini nəzərə alsaq, onsuz da sözügedən müqavilə qəribə idi.
Bununla yanaşı, bir misal çəkim. Yaponiya ilə Rusiya Federasiyası arasında sülh müqaviləsi mövcud deyil. Amma onlar arasında güclü müttəfiqlik və sülh münasibətləri mövcuddur. Və onların bu münasibətləri Ermənistanla Türkiyə arasındakı münasibətlərdən daha yaxşıdır”.
Qeyd edək ki, Ermənistan XİN rəhbəri E.Nalbəndyan Sürix protokollarının ləğv ediləcəyini açıqlayıb.