“Bu, bütün türk-islam aləminin arzuladığı bir hədəfdir”

“Bu, bütün türk-islam aləminin arzuladığı bir hədəfdir” backend

Telman Nüsrətoğlu: “Əsas məsələ inanmaq və durmadan, səssizcə bu istiqamətdə çalışmaqdır”

Türk dövlətləri arasında iqtisadi-siyasi əlaqələrlə yanaşı, hərbi əməkdaşlığın da güclənməsi, bu əməkdalığın vahid türk ordusunun formalaşmasına ilə nəticələnməsi zaman-zaman medianın ictimai müzakirəyə çıxartdığı məsələlərdən biri olub.

Maraqlıdır, “Türk NATO-su”nun yaranması türk dövlətlərinin maraqları baxımından nə dərəcədə faydalı və arzuediləndir?

Moderator.az-a açıqlama verən Türk İslam Araşdırmaları Mərkəzinin sədri, tarixçi alim Telman Nüsrətoğlu bunun bütün türk-islam dünyasının arzuladığı bir hədəf olduğunu vurğuladı:

“Ortaq türk ordusu bütün türk-islam aləminin arzuladığı, reallaşması mümkün bir hədəfdir. Ancaq bunun üşün öncə bütün türk respublikaları siyasi-iqtisadi cəhətdən daha da müstəqil olmalı, əvvəlcə hərbi əməkdaşlığı, birgə təlimləri intensivləşdirməli və hərbi müdafiə sənayesi baxımından da önəmli məsafə qət etməlidir.



Yoxsa geopolitik şərtlər əl versə belə qurulacaq o ordu istər-istəməz onu silah və texnikayla təmin edən ölkələrdən asılı duruma düşəcək. Ona görə də bu hədəf doğrultusunda biz tədricilik metodunu izləyərək çalışmaq məcburiyyətindəyik. Belə bir hərbi gücün formalaşması Avrasiyanın təhlükəsizliyi və türk dünyasına yönəlik xarici müdaxilələrin minimuma endirilməsi üçün vacibdir. Allaha şükür bir birliyin lokomotivi olacaq Türkiyə son illər milli müdafiə səbayesində ciddi uğurlar əldə edib və Azərbaycanla da bu sahədə sıx əməkdaşlıq edir. Lakin bu, yetərli deyil.

O biri türk respublikalarıyla da Azərbaycanla Türkiyə arasında olduğu kimi bir əməkdaşlıq olarsa, bu yöndə daha ciddi nailiyyətlər əldə edilə bilər. Ancaq dünən imkansız görünənləri bu gün həyata keçən görürük. Əsas məsələ inanmaq və durmadan, səssizcə bu istiqamətdə çalışmaqdır”.

Diaspora