Xristianlar, yəhudilər və müsəlmanlar üçün müqəddəs şəhər olan Qüds ətrafında baş verən olaylara xüsusi önəm veririk.
Axar.az xəbər verir ki, bu sözlər Roma Papası Fransiskin açıqlamasındandır. Vatikanın yaydığı açıqlamada böhranın yalnız İsrail və Fələstin arasında həll olunmasının mümkünlüyünə işarə edilib:“Yaşanan qarşıdurmalar bizi kədərləndirir. Ölkə liderləri səbirli davranıb, şiddətin qarşısını almalıdırlar. Bölgədə sülhün təmin olunması Ərəb Dövlətləri Liqası və İslam Əməkdaşlıq Təşkilatının gündəmindədir. Yalnız yəhudilər və fələstinlilər arasında müzakirə edilmiş ortaq məxrəc sülhün təmin olunmasına səbəb ola bilər”.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı elan etməsinə etiraz olaraq minlərlə fələstinli Qüds şəhərində etiraz aksiyaları keçirib. İsrailin polisinin aksiyalara müdaxilə nəticəsində yüzlərlə fələslintli xəsarət alıb.
Onların arasında ölənlərin də olduğu deyilir.