Mixail Saakaşvili Ukrayna Prezidenti Pyotr Poroşenkonun əmri ilə saxlanılıb.
Axar.az xəbər verir ki, bu sözləri öz Feysbuk səhifəsində Ukraynanın Baktivşina Partiyasının sədri Yuliya Timoşenko paylaşıb.“Mən anlayıram ki, Saakaşvilini baş prokuror, məhkəmə və ya hansısa digər hüquq-mühafizə orqanı həbs etməyib. Onu məhz Poroşenko həbs etdirib. Saakaşvili dərhal azad edilməlidir. Ukraynanın dünyanın və öz xalqının gözü qarşısında biabır edilməsi dayandırılmalıdır”, – deyə o bildirib.