Aydın Mirzəzadə: “Ermənilər etdikləri vəhşiliklərə görə cavab verəcəklər”
Ermənistanın işğaldakı qədim Azərbaycan şəhərləri olan Şuşa və Əsgəranın tarixini saxtalaşdırmaq, onu süni “tarixi faktlar” əsasında erməniləşdirmək istiqamətində iş apardığı ilə bağlı informasiyalar cəmiyyətimizdə ciddi narahatlıq doğurmaqdadır.Maraqlıdır, Azərbaycan tərəfi ermənilərin məlum saxtakarlığını ifşa etmək baxımından lazımi iş aparırmı?
Moderator.az-a açıqlama verən millət vəkili Aydın Mirzəzadə bu məsələnin ölkəmizin diqqət mərkəzində olduğunu vurğuladı:
“Ermənilərin işğal edilmiş torpaqlarımızda atdığı addımlar Azərbaycan ictimaiyyətində qıcıq yaratmaq və erməni ictimaiyyətini sakitləşdirməyə hesablanıb. Əslində isə, orada ciddi iş aparmaq üçün ermənilərin lazımi qədər maliyyə vəsaiti yoxdur. Tarixi həqiqətlərə söykənən bir konsepsiyası da mövcud deyil. Bu başqa məsələdir ki, ermənilər Dağlıq Qarabağ və ətraf rayonların tarixinə dair tikililəri dağıtmağa, arxioloji abidələri məhv etməyə çalışırlar. Bu gün ermənilər özünü orta əsrlərin varvarları kimi aparır. Əlbəttə, onlar bunun cavabını ciddi şəkildə verəcəklər.
Ermənistan birməlidir ki, Azərbaycan öz torpaqlarını geri qaytarmaqda qərarlıdır.
Erməni saxtakarlığına qarşı Azərbaycan tərəfi lazımınca iş aparır. Elmi baxımdan müəyyən materiallar hazırlanır, kitablar buraxılır. Bu gün internet resurslarında Azərbaycanın, Dağlıq Qarabağın tarixi ilə bağlı materillar var. Beynəlxalq tədbirlərdə bununla bağlı vaxtaşırı çıxışlar edilir, rəylər bildirlir. YUNESKO-da bununla bağlı müvafiq iş aparılır.
Azərbaycan vətəndaşını bu gün ən çox torpaqların işğaldan azad edilməsi maraqlandırır. Həm Silahlı Qüvvələrimizin möhkəmləndiriməsi, həm diplomatik fəalliyyət, həm də maarifcilik prosesi sonda torpaqlarımızn azad edilməsinə hesablanıb”.